“Telegram” messencerində Premium abunə xidməti olacaq

11:33 - 8.06.2022


8 iyun, Fineko/abc.az. “Telegram” messenceri Premium abunə xidmətini işə salmağı planlaşdırır, hansıki özündə bir neçə ödənişli funksiya və xüsusiyyəti ehtiva edir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Vedomosti” nəşri yayıb. Məlumatda qeyd edilib ki, abunənin qiyməti ayda $4.99 olacaq. Premium versiyada aşağıdakı funksiyalar olacaq:

–         Reklam olmayacaq;

–         Səsli mesajları mətnə konvertasiya etmək mümkün olacaq;

–         Unikal rekaksiyalar, stikerlər, animasiyalı avatarlar və digər əlavələr;

–         Yüksək yükləmə sürəti;

–         4 Gb-a qədər faylları yükləmək imkanı;

–         Bir qovluqda söhbət otaqlarının sayının 2 dəfə artması;

–         Dialoqların idarə edilməsi.

Xatırladaq ki, hələ 2020-ci ilin sonunda “Telegram”ın yaradıcısı Pavel Durov messencerdə reklamı söndürmək imkanından danışıb. Onun sözlərinə görə, bu funksiyanı ona istifadəçilər özləri təklif edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər