Sığorta sahəsində attestasiya keçiriləcək

12:20 - 8.06.2022


8 iyun, Fineko/abc.az. İyunun 14-də sığorta sahəsində attestasiya keçiriləcək.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 2 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Bütün xəbərlər