Füzulidə yaşayış binalarının tikintisi üçün tender elan edilib

14:48 - 8.06.2022


8 iyun, Fineko/abc.az. “MİDA” MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi 2-ci elan üçün açıq tender elan edib. Tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 04.07.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Vüqar, telefon : (+99412) 594-54-01, daxili 239

Bütün xəbərlər