Valyuta hərracının yekununda ortaçəkili məzənnə dəyişmədi

12:52 - 17.05.2018


17 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“Mayın 17-də Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Mayın 15-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər