Azərbaycan kibertəhlükəsizliyin təmin edilməsi üçün kriptovalyuta tətbiq etmir

13:08 - 17.05.2018


17 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kriptovalyuta tətbiq etməyə tələsmir.

AMB-in sədr müavini Alim Quliyev bildirib ki, Bank konservativ yanaşma tərəfdarı olmaqla, riskləri araşdırır.

“Son illər kriptovalyuta ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi ölkələrdə  onlarla bağlı konservativ yanaşma müşahidə olunur. Bəzi aparıcı ölkələrdə  kriptovalyutalara qarşı dəqiq yanaşma yoxdur, rəqəmsal pulun əmtəə qismində formalaşdırılması prosesi tam başa çatmayıb. Kibertəhlükəsizlik məsələsi diqqət mərkəzində qalmalıdır”, - A.Quliyev belə deyib.

 

Bütün xəbərlər