Bakıdakı təmayül siniflərində neçə şagird təhsil alır?

11:45 - 9.06.2022


9 iyun, Fineko/abc.az. 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17 241 şagird təhsil alıb.

BŞTİ-nin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, idarə tərəfindən qurumun tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və inkişaf perspektivləri təhlil edilib.

Qeyd edilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Bütün xəbərlər