Azərbaycan Türkiyədən dənli bitkilər toxumu almaq istəyir

12:06 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Azərbaycan Türkiyədən buğda, arpa və digər dənli bitkilər üzrə yüksək sortlu, quraqlığa davamlı toxum almaq istəyir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindəki mənbə bildirib.

Qeyd edilib ki, hazırda bu istiqamətdə alınacaq buğda toxumunun həcmi ilə bağlı Azərbaycanın özəl şirkəti ilə danışıqlar aparılır:

“Belə ki, Türkiyədən alınan toxum sortları Azərbaycanda əkiləcək. Türkiyənin dənli bitki sortları daha məhsuldardır və daha quraqlığa davamlıdır. Əgər həmin sortlar Azərbaycan torpağına uyğunlaşsa, bu halda daha geniş ərazilərdə əkilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycan buğda toxumunu əsasən Rusiya və Qazaxıstandan alır.

Bütün xəbərlər