“Karat Holdinq” MMC-i 1 milyon manatdan çox zərər edib

14:05 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Milli Məclisin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğluna məxsus olan “Karat Holdinq” MMC-nin (VÖEN - 9900000141) ötən il gəlirləri təxminən 2 dəfə azalıb.

ABC.AZ Yeniavaz.com-a istinadən xəbər verir ki, “Karat Holdinq” MMC-nin illik hesabatına istinadən bildirir ki, 2021-ci ilin yekununda şirkət 1 milyon 366 min 836 manat zərər edib.

Məlumat üçün bildirık ki, “Karat Holdinq” MMC 14.03.2004-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarova, ev 201-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsabil Qasımovun qayını Umudov İqdam Əliş oğludur. 

Sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur.

 

Bütün xəbərlər