Bu günədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib

14:44 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Güzəştli kreditlərin kiçik və orta biznesin maliyyələşdirilməsində payı artır.

Sahibkarlığın İnkişafı Fondundan ABC.AZ-a verilən məlumata görə, Fond tərəfindən bu günədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

Verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7% təşkil edib. 6,1% sənaye məhsullarının istehsalı və emalı, 1,6% xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6%-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Bütün xəbərlər