Elektron əmək birjası yaradılacaq - Təfərrüat

16:10 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Elektron əmək birjası platforması hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında deyib.

O qeyd edib ki, elektron əmək birjası və yarmarkası işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək:

"Bu, daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxlərlə görüşdürən virtual platformadır. Platformanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) altsistemi, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləməsi nəzərdə tutulub. Platformadan istifadə hər kəs üçün açıq olacaq, burada Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olmaq zərurəti yoxdur".

 

Bütün xəbərlər