Qarabağda iş platforması hazırlanır - Mustafa Abbasbəyli

16:19 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli  mətbuat konfransı keçirib.

ABC.AZ xəbər verir ki, mətbuat konfransı zamanı M.Abbasbəyli bəzi məsələlərə aydınlıq gətirib.

O qeyd edib ki, 2021-ci ildən şəhid ailə üzvlərinin kvota ilə işə götürülməsi prosesinə başlanılıb.

"Bu gün ölkə üzrə kvotanın sayı 66 mindən artıqdır. Kvotanın 80 minə çatdırılması planlaşdırılır. Bu ilin ilk 4 ayı ərzində 2500 işdən sığorta təyinatı olub. Bu göstəricinin 10 minin üzərinə çatdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək. Qarabağda iş platforması hazırlanır", - deyə sədr qeyd edib.

Bütün xəbərlər