Quşçuluq müəssisələri yem tələbatının ödənməsi üçün arpadan istifadəni genişləndirməyə çalışır

16:45 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra işbazlar bu məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.

Quşçuluq Assosasiyasından ABC.AZ-a verilən məlumata görə, son aylarda Ukraynadan buğda, qarğıdalı, günəbaxan yağı ixracının dayanması, Rusiyanın ixraca kvota və əlavə rüsumlar tətbiq etməsi, digər ixracatçı olan Qazaxıstanın da kvotalaşamaya getməsi, həmçinin digər səbəblərdən dünya bazarında taxılın qiyməti kəskin yüksəlib.

Bundan əlavə, Rusiya rublunun məzənnəsindəki möhkəmlənmə qiymətləri daha da yüksəldib.

Bu bahalaşma fonunda quşçuluq müəssisələri yem tələbatının ödənməsi üçün yerli istehsal olan arpadan istifadəni genişləndirməyə çalışır.

Lakin son həftələrdə biz maraqlı faktla üzləşmişik: ölkədə arpa tapmaq demək olar ki, mümkün olmur.

Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər.

Bütün xəbərlər