Əmək kitabçaları bu proses başa çatdıqdan sonra ləğv ediləcək

17:00 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Azərbaycanda əmək kitabçalarının elektronlaşdırılması prosesi başa çatdıqdan sonra işəgötürənlərin əmək kitabçası tələbi ləğv ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında deyib. O qeyd edib ki, əmək kitabçalarının elektronlaşdırılması çətin prosesdir.

“İlin sonuna qədər Əmək münasibətləri və məşğulluq altsisteminin tam təkmilləşdirilməsi nəzərdə tutulub. Altsistemin təkmilləşdirilməsi ilə əmək kitabçalarının ləğvi nəzərdə tutulmur. Bu dəyişikliklə əmək kitabçası tələbi yığışdırılacaq. Əmək kitabçası şəxslərin özündə qalır və pensiya təminatı zamanı lazım ola bilər. Təkmilləşmə işləri yekunlaşdıqdan sonra 2006-cı ilə qədər olan dövr də elektronlaşdırılacaq. İlin sonuna və ya gələn ilin əvvəlinə bu proses tam yekunlaşa biləcək", - deyə M.Abbasbəyli əlavə edib.

Bütün xəbərlər