Əhalinin maaş, pensiya və sosial müavinətləri yüksəldilməlidir - Ekspert

10:39 - 13.06.2022


13 iyun, Fineko/abc.az. “Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz artıb”.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, bu rəqəmlər göstərir ki, bahalaşma davam edir və getdikcə daha çox alovlanır:

“İnflyasiyanı sürətləndirən yenə əvvəlkitək ərzaq mallarıdır. Neftin dünya bazar qiymətləri yüksək olanda belə bizdə bu səviyyədə inflyasiya və bahalaşma olmayıb. Bu, bir daha onu göstərir ki, hazırki inflyasiya və bahalaşma kənardan idxal olunur. Bunun qarşısını almaq və yaxud məhdudlaşdırmaq qeyri-mümkündür. Bu istiqamətdə hər hansı addımlar atmaq istəyi və görülən tədbirlər əksinə, yerli istehsalı və iqtisadiyyatın inkişafını boğacaq, daxili bazarın kənardan asılılığını gücləndirəcək. Bəs, çıxış yolu nədir? İlin ikinci yarısında büdcədən sosial istiqamətdə maliyyələşdirmə artırılmalıdır. Əhalinin maaş, pensiya və sosial müavinətləri yüksəldilməlidir. Qısa desəm, bu ilin yanvarından olduğu kimi, ikinci bir sosial paket də hazırlanaraq həyata keçirilməli və xüsusən, minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır”.

Bütün xəbərlər