Azərbaycanda ən çox pul xərcləyən Türkiyə vətəndaşlarıdır

13.06.2022,12:06


13 iyun, Fineko/abc.az. Azərbaycana səyahət zamanı ən çox vəsait xərcləyən turistlərin əsasən hansı ölkə vətəndaşları olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin ilk 4 ayı ərzində (yanvar-aprel) Azərbaycana gələn təqribən 220 min nəfər turist ölkədə ümumilikdə 248,5 milyon manat xərcləyib. Bu da orta hesabla hər turistin Azərbaycanda 1 131 manat pul xərclədiyini göstərir.

Ümumilikdə ən çox pul xərcləyən ölkələr sırasında ilk yeri Türkiyə (59 862 000), ikinci yeri Rusiya (52 433 000), üçüncü yeri isə İran (23 422 000) tutur.

Başqa sözlə, ilk 4 ayda xarici turistlərin Azərbaycanda sərf etdikləri məğbləğin yarısı bu 3 ölkənin payına düşüb.

Müəllif: Elmir Murad