Taxıl zavodları mövsümə tam hazır vəziyyətə gətirilib

15:12 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondunun tabeliyində Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri fəaliyyət göstərir.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hər il olduğu kimi bu il də zavodlar mövsümə tam hazır vəziyyətə gətirilib, zavodların operativ və fasiləsiz fəaliyyəti üçün müvafiq tapşırıqlar verilib.

Toxum emalı zavodlarında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçiriləcək.Toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər zavodlara müraciət edə bilərlər.Toxum emalı zavodlarında kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmətlər növbəlilik prinsipi ilə həyata keçiriləcəkdir.

Bütün xəbərlər