“Azəri Light” markalı neftin qiyməti bir barelə 81 dolları ötdü

10:41 - 18.05.2018


18 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,21 dollar (2,80%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,03 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti  hazırda 79,52 dollar təşkil edir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin qiyməti 71,65 dollar/barelə təşkil etmişdir. “Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 7,87 dollar / barelə təşkil edir

 

Bütün xəbərlər