"Amazon" şirkəti kiçik bağlamaları ünvanlara dronlarla çatdıracaq

11:35 - 14.06.2022


14 iyun, Fineko/abc.az. "Amazon" şirkəti 2022-ci ildə ABŞ-da dronlardan istifadə etməklə kiçik bağlamaların çatdırılmasına başlamaq niyyətindədir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətdən bildiriblər.

“Yüzlərlə alim, mühəndis, aerokosmik və futuroloqdan ibarət komandamız dron çatdırılmasını mümkün etmək üçün çox çalışdı və bu ilin sonunda Kaliforniyanın Lokford şəhərində yerləşən Amazon müştəriləri Prime Air-dən çatdırılma alan ilk şəxslərdən biri olacaqlar. Pilotsuz təyyarə bir saatdan az müddətdə təyinat yerinə uçmalı və sonra paketi alıcının həyətinə atmalı olacaq" - şirkətdən bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər