Almaniyada inflyasiya xeyli sürətlənib

12:13 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Almaniyada inflyasiya may ayında xeyli sürətlənib. Belə ki, Avropa ölkəsində bir ay əvvəl inflyasiya 7,4% idisə hazırda 7,9%-ə qədər sürətlənib.

ABC.AZ xəbər verir ki, sonuncu dəfə oxşar göstəricilər Almaniyada 1973-1974-cü ilin qışında neft böhranı səbəbindən qeydə alınmışdı.

Ekspertlər bunu Ukraynada aparılan əməliyyatlarla əlaqələndirir.

Ukrayna ərazisində müharibə başlayandan sonra enerji qiymətləri xüsusilə bahalaşıb və bu, inflyasiyaya daha çox təsir edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər