Paşinyan Ermənistan iqtisadiyyatından şikayətləndi

12:17 - 14.06.2022


14 iyun, Fineko/abc.az. “Rusiyaya qarşı sanksiyalar kontekstində Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil”.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Şübhəsiz ki, təkcə Rusiyadakı iqtisadi vəziyyət Ermənistan iqtisadiyyatına birbaşa təsir etməyib. Belə ki, ərzaq tədarükü, inflyasiya və digər çoxsaylı amillər ilə bağlı qlobal iqtisadi gərginlik də ölkə iqtisadiyyatına təsir edib”, - deyə Paşinyan söyləyib.

Bütün xəbərlər