“Fitch Ratings” Agentliyi proqnozunu azaldıb - 2,9%-ə endirib

12:32 - 14.06.2022


14 iyun, Fineko/abc.az. “Fitch Ratings” Agentliyi dünya üzrə ÜDM-in 2022-ci il üçün artım proqnozunu 0,6 faiz bəndi azaldaraq 2,9%-ə endirib.

ABC.AZ xəbər verir ki, bundan başqa, Çində iqtisadi artımın mart ayındaki 4,8%-dən, bu il üzrə 3,7%-ə düşəcəyi proqnozlaşdırılır.

“Fitch Ratings” ABŞ üçün proqnozunu isə 0,6 faiz bəndi artıraraq 2,9 faiz, Avrozona üçün isə 0,4 faiz bəndi artıraraq 2,6 faiz səviyyəsində yenidən nəzərdən keçirib.

Agentlik həmçinin, 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 2,7%-ə endirib. ABŞ-da artımın 2023-cü ildə 1,5%-ə, 2024-cü ildə isə 1,3%-ə düşəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər