Hökumət tütün emalı üzrə müəssisə yaratmağı təklif edir

15:32 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Azərbaycan hökuməti Qubadlı rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) tütün emalı üzrə müəssisə yaradılmasında investorlara köməklik etməyə hazırdır.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, dövlət strukturları tərəfindən Qubadlı rayonu ərazisində 1192 kvadratmetr sahədə tütün emalı üzrə yerli xammaldan istifadəni və mövcud imkanların genişləndirilməsini nəzərdə tutan müvafiq layihə hazırlanıb.

“Layihə təqribən 1 milyon manat dəyərində (cari məzənnə ilə $588 min) qiymətləndirilir”, -  deyə hökumətdəki mənbə bildirib.

Onun məlumatına görə, 1 ton quru tütünün istehsalı üçün elektrik enerjisi sərfiyyatı 135 kVt/saat, qaz sərfiyyatı – 125 kubmetr təşkil edəcək.

Bütün xəbərlər