Tokioda robot polislər işə başladı - Foto

15:39 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Tokioda yerləşən Narita hava limanında robot polislər işə başlayıb.

ABC.AZ-ın məlumatına görə, süni intellektlə təchiz olunmuş robotların xarici görünüşü 1,2 metr hündürlüyündə nəqliyyat vasitəsinə bəznəyir.

Qeyd olunur ki, həmin robotlar kameraların qeydə aldığı görüntüləri dərhal təhlil etmək imkanına malikdir.

Robot polislər hava limanında nizam-intizama nəzarət etməklə yanaşı, itmiş və ya şübhəli əşyaların axtarışlarını aparacaq.


Bütün xəbərlər