Son 5 ayda neçə dövlət müəssisəsi və obyekti özəlləşdirilib?

16:27 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, o cümlədən bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlakının müxtəlifliliyi investorların, alıcıların daha çox cəlb edilməsinə istiqamətlənib.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, qurum tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin ilk 5 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-may ayları ərzində hərrac vasitəsilə 11 faydalı qazıntı yatağı istismara verilib. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər