İki ildir ziyanla işləyən mehmanxanalarda bu il vəziyyət yaxşıdır

17:09 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Yay mövsümünün yaxınlaşması və pandemiyanın səngiməsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında ciddi artım gözlənilir. İyun ayının ilk günlərindən bölgələrə turist axını var.

ABC.AZ xəbər verir ki, Lənkəran da yay turizm mövsümünə əvvəlcədən hazırlaşıb.

Turizm mövsümü hələ başlamamış artıq Lənkəranda xeyli sayda turist görmək mümkündür. Həm Bakıdan, həm də ölkəmizin ayrı-ayrı rayonlarından gələn turistlər Lənkəranda dincəlməyə üstünlük verirlər. Pandemiyaya görə iki ildir ziyanla işləyən otel və mehmanxana sahibləri bu il vəziyyətin müsbətə doğru dəyişməsindən məmnundurlar. İstirahət mərkəzləri yeni mövsümdə fəaliyyətlərini turistlərin istək və tələblərinə uyğun qurmağa çalışırlar. Qeyd edək ki, Lənkəranda 17 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə, eləcə də kənd evlərində, ümumilikdə, bir gündə 3 minə yaxın turist yerləşə bilər.

 


Bütün xəbərlər