Uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib - İlham Əliyev

11:21 - 16.06.2022


16 iyun, Fineko/abc.az. Bakıda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu öz işinə başlayıb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev iyunun 16-da Forumun açılış mərasimində çıxış edib.

Dövlət başçısı qeyd edib ki, Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb.

Prezident daha sonra Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verib.

Dövlət başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi:

“Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”.

Bütün xəbərlər