Suçiçəyi virusu ilə bağlı həkimlər həyəcan təbili çalır

11:55 - 16.06.2022


16 iyun, Fineko/abc.az. Son zamanlar çox yayılmağa başlayan suçiçəyi virusu ilə bağlı həkimlər həyəcan təbili çalır. Həkimlər sözügedən virusa yoluxmamaq üçün gigiyenaya diqqət edilməli, toplum yerlərdən uzaq durulmalı olduğunu bildirir.

ABC.AZ xəbər verir ki, həkimlər əgər uşaqlarda suçiçəyi infeksiyasına yoluxma riski olan səpkilər müşahidə edilirsə, digər şəxsləri yoluxdurmamaq üçün cəmiyyətdən izolyasiya edilməli olduğunu qeyd edib.

"Bu xəstəliyin gizli dövrü var ki, o da 7-8 gün ərzində özünü göstərir. "İnfeksiyanın əlamətləri 8 gün sonra ortaya çıxa bilər. Müalicə əsasən simptomatik üsuldan istifadə edilir. Xüsusi bir dərmanı və müalicəsi yoxdur. Əgər ağızda səpkilər və yaralar çox olarsa, onda xüsusi dərmanlar yazıla bilər", - deyə həkimlər qeyd edib.

Bütün xəbərlər