Gələn aydan "Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq

14:11 - 16.06.2022


16 iyun, Fineko/abc.az. İyuldan etibarən "Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan bank sektorundakı mənbə bildirib. Məlumata görə, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb:

"Aprel ayında bununla bağlı "Google" ilə razılığa gəldik. Həmçinin "Visa" və "MasterCard" beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında "Google Pay" Azərbaycanda aktivləşəcək. Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses 1 ay yubana bilər. Amma avqustdan o tərəfə keçməycək və biz bu yay "Google Pay"dən yararlana biləcəyik".

Bütün xəbərlər