“Adobe Photoshop” proqramını bundan sonra pulsuz əldə etmək mümkün olacaq

14:53 - 16.06.2022


16 iyun, Fineko/abc.az. “Adobe” şirkəti “Adobe Photoshop” foto redaktorunun rəsmi pulsuz versiyasını sınaqdan keçirməyə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, söhbət tanınmış proqramın veb versiyasından istifadədən gedir.

Məlumata görə, pulsuz versiya hazırda Kanadadan olan istifadəçilər arasında sınaqdan keçirilir.

Brauzer vasitəsilə “Photoshop”a tam giriş əldə etmək üçün yalnız “Adobe” hesabı yaratmalısınız.

Gələcəkdə şirkət bəzi funksiyaları söndürərək, onları yalnız ödənişli abunəçilər üçün əlçatan etməyi planlaşdırır. Bununla belə, Adobe əmin etdi ki, ən populyar funksiyaları yerinə yetirmək üçün ictimai sahədə kifayət qədər “Photoshop” alətləri olacaq.

Bütün xəbərlər