Meymunçiçəyi virusuna görə xaricdən gələnlərin karantinə alınması gündəmə gələ bilər - Ekspert

10:20 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləri. Artıq dünyada sürətlə yayılan meymunçiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb.

ABC.AZ xəbər verir ki, belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ölkəmizdə tam nəzarətdədir və bununla bağlı qabaqlayıcı tədbirlər görüləcək.

Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova "Xəzər Xəbər"ə bildirib ki, ümumiyyətlə koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa, xaricdən gələn hər bir şəxsin karantinə alınması məsələsi də gündəmə gələ bilər.

Onun sözlərinə görə, ümumiyyətlə yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.

Bütün xəbərlər