Depozit hərracında AMB 350 milyon manat cəlb etməyi planlaşdırır

15:39 - 18.05.2018


18 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçiriləcəyini bildirib.

Mərkəzi Bankın məlumatına görə, hərrac 21 may 2018-ci il tarixində “Bloomberq” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsilə, 8,01% - 10,99% dərəcə ilə 350 milyon manat cəlb ediləcək. Vəsaitlər 14 gün müddətinə cəlb olunacaq”, - məlumatda belə deyilir.

Mərkəzi Bank 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.

 

 

 

Bütün xəbərlər