Dövlət Komitəsi işsizliyin 0,5 faiz azaldığını iddia edir

16:00 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Azərbaycanda işsiz əhalinin sayı may ayında 1.6 min nəfər, yaxud 0.5 faiz azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin may ayının sonu, iyun ayının 1-nə işsiz əhalinin sayı 313.3 min nəfərə düşüb. Bu da işsizlik səviyyəsinin son ayda 5.88 faizə düşməsi deməkdir.

“2022-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 325.7 min nəfər olmuş, onlardan 5 milyon 012.4 min nəfərini məşğul əhali təşkil edib”- deyə, DSK bildirir.

Azərbaycanda rəsmi işsizlik pandemiyadan sonra 2021-ci ilin fevralında 7.16 faizə yüksəlmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər