Dövlət qulluqçuları nə qədər əməkhaqqı alır?

20.06.2022,10:48


20 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1274,1 manat təşkil edib.