Rus oliqarxlarının Avropadakı aktivləri dondurulub

11:40 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Avropa İttifaqının sanksiyaları səbəbindən rusiyalı oliqarxların və Avropada onlarla əlaqəli şirkətlərin 12,5 milyard avro dəyərində aktivləri dondurulub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand “WELT”ə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, sözügedən bu aktivlərə dəbdəbəli yaxta, helikopter, rəsm, daşınmaz əmlak və digər mülklər daxildir.

O bildirib ki, Avropa İttifaqı qeyd olunan bu məbləğin yarısını aprel aydında dondurub.

Xatırladaq ki, Aİ Rusiyanın Ukraynaya hücumu fonunda çox sayda rusiyalı oliqarxa qarşı sanksiya tətbiq edib.

 

Bütün xəbərlər