Prezident yol tikintisinə 2,1 milyon manat ayırdı - Sərəncam

14:39 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər