Əvvəlcə rəis vəzifəsindən çıxarılmışdı, daha sonra da təqaüdə göndərildi

14:50 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb.

ABC.AZ Lent.az-a istinadla xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, M. Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub.

O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.

 

Bütün xəbərlər