Bakıdan bu şəhərə uçuşların sayı artır

15:05 - 20.06.2022


20 iyun, Fineko/abc.az. "Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

ABC.AZ-ın məlumatına görə, iyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.

Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artırılaacaq.

 

Bütün xəbərlər