Dövlət Agentliyi Ailə Sağlamlıq Mərkəzini təmir etdirəcək

20.06.2022,15:41


20 iyun, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (Sumqayıt şəhəri 2 nömrəli şəhər poliklinikası) inzibati binasının rekonstruksiya (fasad daxil olmaqla) və əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına "STORM BUİLDİNG" MMC-ni cəlb edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, "STORM BUİLDİNG" ilə müvafiq müqavilə bağlanıb. Müqavilənin dəyəri- 246,738 min manatdır.