Tikinti materialları bahalaşıb - 50 faizdən çox artım var

16:30 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Azərbaycanda tikinti materiallarının qiymətində baş verən kəskin artım özünü Dövlət Statistika Komitəsinin rəqəmlərində də göstərməyə başlayıb.

ABC.AZ xəbər verir ki, son bir ildə tikinti materiallarının demək olar ki, bütün növlərində qiymətlər yüksəlib.

Bəzi tikinti materiallarının qiyməti isə 50-60% artıb. Ən çox bahalaşma taxta və taxta məmulatlarında qeydə alınıb.

Elektrik naqilləri, örtük materialları və plastikdən hazırlanan məmulatlar da bahalaşan mallar arasındadır.

Bütün xəbərlər