Gürcüstan son 5 ayda Azərbaycana neçə avtomobil ixrac edib?

16:40 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Gürcüstan cari ilin yanvar-may ayları ərzində Azərbaycana 96 630, 41 min ABŞ dolları dəyərində 11 677 ədəd avtomobil ixrac edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı ötən illə müqayisədə 1870 ədəd və ya 13,8% azalıb, lakin ixrac edilən avtomobillərə görə ödənilən məbləğ 4 915,85 min dollar və ya 5,35% artıb.

Ötən ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 91 714.56 min dollar dəyərində 13 547 ədəd avtomobil ixrac edib.

 

Bütün xəbərlər