“Nar”-dan yenilənmiş “Günlük” paketləri

15:10 - 20.10.2017


“Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür.

Fərqli “Günlük” paketləri məhz belə təkliflərdəndir. Məsələn, “Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.

Mobil operatorun təklif etdiyi digər günlük paket “Günlük 40 qəpik” paketidir. Paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.

“Günlük 10 qəpik” paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini yığmaq lazımdır.

 

Bütün xəbərlər