Bakı Metropoliteni ilin əvvəlindən 77,8 milyon sərnişinə xidmət göstərib

21.05.2018,10:41


21 may, Fineko/abc.az. Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Bakı Metropolitenindən 77,8 milyon sərnişin yararlanıb.

“Keçən ilin eyni dövrü ilə müqayisədə, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2,5% artıb”, - deyə Komitədən bildirilib.

 

 

Açar sözlər: Metropoliten