Rusiyadan alınan şam ağacları 155 dollar olub

21.06.2022,12:10


21 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Rusiyadan Azərbaycana gətirilən şam ağaclarının qiyməti bahalaşıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, uzununa doğranmış ağ şamın hər kubu da 32% bahalaşaraq 155 dollar olub.

Cəmi idxal həcmi illik müqayisədə 38% azalmaqla 64.57 min kub-m. olub, bunun da dəyəri 9.98 mln. dollar olub.

Ağacdan hazırlanan DSP-nin idxal həcmi 7% artmaqla 35.59 min kub-m. olub, bunun da dəyəri 8.77 mln. manat olub. Bu materialın hər kubunun qiyməti isə 11% bahalaşmaqla 246 dollar olub.