330x110
 

Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası Astanada keçiriləcək

21.05.2018,11:06


21 may, Fineko/abc.az. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası

Astanada (Qazaxıstan) keçiriləcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib ki, iclas 21-24 may tarixlərində keçiriləcək.

“Bununla bağlı, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir. İclas zamanı Konvensiya layihəsi ilə yanaşı, xəzəryanı dövlətlərin Dövlət Başçılarının V  Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.