“Buta Airways” Bakıdan Moskvaya uçuşları bərpa etdi - Biletin qiumətini açıqlamadı

16:14 - 21.06.2022


21 iyun, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” gələn ay Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edəcək.

“Buta Airways”dən ABC.AZ-a bildirilib ki, aviareyslər iyulun 1-dən həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.

“Buta Airways”in Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir. Biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Bütün xəbərlər