Daşkənddə Azərbaycan və Özbəkistan Biznes Forumu baş tutub – Foto

21.06.2022,16:33


21 iyun, Fineko/abc.az. Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes Forumda çıxış edənlər bildirib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər.

Forumda müzakirələrin biznes əlaqələrinin genişləndiriıməsi üçün faydalı olacağı vurğulanıb.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sənədlər imzalanıb. Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.