Azərbaycan Turizm Agentliyi Altay diyarından turistləri cəlb edir

11:37 - 21.05.2018


21 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti, Agentliyin sədri Fuad Nağıyevin rəhbərliyi ilə Altay diyarında olub.

 “Komsomolskaya Pravda” xəbər verir ki, hər iki tərəf turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib.

Azərbaycan nümayəndələri  bildiriblər ki, öz turistlərini ölkənin qərb hissəsindən Altay ərazisinə yönəltməkdə maraqlıdırlar. Yaxın gələcəkdə Azərbaycanın nümayəndələri regional turizm sərgilərində iştirak edəcəklər. Hazırda Agentlik Altay diyarının turoperatorları ilə aktiv şəkildə əlaqələr qurur.

Öz növbəsində, Altay turistlərini, Xəzər dənizinin sahilində otel istirahəti  və Azərbaycanın mədəni və tarixi yerləri  maraqlandıra bilər.

Barnaul turoperatorları artıq Azərbaycana paket turları təklif etməyə hazırdırlar. Bundan əlavə, bu yaz aylarından  etibarən  Tolmaçyovodan (Novosibirsk)  uçuşlar açılıb. Daha əvvəl Bakıya yalnız Moskvadan uçmaq mümkün idi. “Barnaul-Bakı-Barnaul” aviareysin qiyməti  təxminən 22 min rubl təşkil edir.

 

Bütün xəbərlər