Neft ucuzlaşır, Brent barrel başına $111,19 təşkil edir

09:35 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən sessiyanın nəticələrinə görə yüksəlişdən sonra çərşənbə günü ticarətdə düşür.

Saat 09:17-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersi $3,46 (3,02%) - barrel başına $111,19 ucuzlaşıb. 21 İyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $60,52 (0,46%) - barrel başına $114,65-ə yüksəldi.

Saat 09:17-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI-nin avqust fyuçersləri $3,67 (3,35%) - barrel başına $105,85-ə düşdü. 21 İyun ticarətinin nəticələrinə görə, avqust ayı üçün WTI fyuçerslərinin qiyməti $1,53 (1,42%) - barrel başına $109,52-ə yüksəldi.


Bütün xəbərlər