"Finca Azərbaycan" 10 milyon manatlıq istiqraz buraxır - Faizlər belə olacaq

11:09 - 22.06.2022


22 iyun, Fineko/abc.az. "Finca Azərbaycan" Qeyri Bank Kredit Təşkilatı MMM 10 milyon manatlıq istiqraz buraxır.

ABC.AZ xəbər verir ki, istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 100 min ədəd, faiz dərəcəsi 12,5%, tədavül müddəti 24 aydır. Faizlər investorlara hər 3 aydan bir ödəniləcəkdir.

"Finca Azərbaycan"nın nizamnamə kapitalının 100%-i Niderlan Krallığında qeydiyyatdan keçmiş "Finca Microfinance Cooperatief U.A" şirkətinə məxsusdur. 

Bütün xəbərlər