Dövlət Komitəsi tender keçirir

11:22 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil istismar departamenti Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə xarici elektrik xətləri,işıqlandırma dirəkləri və transformator məntəqələrinin təmiri üçün tender keçirir.

Tenderdə iştirak haqqı 350 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 25.07.2022 18:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Fariz Abbasov, [email protected]

Bütün xəbərlər